“Hərkəs işğaldan azad edilən əraziləri görmək arzusundadır. Lakin bu ərazilərə kütləvi axının təmin olunması orada gedən işlərə mane olur”. Bunu Daxili İşlər Nazirliyinin nümayəndəsi Elşad Hacıyev noyabrın 15-də deyib.
O bildirib ki, azad olunan əraziyə daxil olan şəxsin minadan təmizlənən ərazidən kənara çıxması təhlükə riskini artırır və bu risklər faciə ilə nəticələnə bilər. “Əsas diqqət ona yönəlib ki, maariflənmə işi ilə yanaşı, həmin rayonlara yaşamağa qayıdacaq vətəndaşlar üçün tam təhlükəsiz mühit yaradılsın”, - deyə Elşad Hacıyev əlavə edib.
2020-ci il noyabrın 10-dan bu ilin noyabrın 22-dək minaya düşmə nəticəsində 180-ə yaxın şəxs həlak olub və ya yaralanıb. Həmçinin azad olunan ərazilərdə indiyədək ümumilikdə 15 mindən artıq mina, 12 mindən artıq PHS aşkarlanıb.