Dünən, yanavrın 6-da respublikanın avtomobil yollarında 2 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 2 nəfər ölüb, 2 nəfər xəsarət alıb. Bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.
Ötən gün ərzində törədilmiş 58 cinayətin üstü “isti izlər”lə açılıb.
Axtarışda olan 50 nəfər, cinayət törətməkdə şübhəli bilinən 57 nəfər saxlanılıb.
Narkotiklərlə əlaqəli 42, qanunsuz saxlanılan silah-sursatla bağlı 5 fakt müəyyən edilib.