Cari ilin ilk 3 ayı ərzində Dövlət Gömrük Komitəsi dövlət büdcəsinə 1,2 milyard manatdan çox vəsait köçürüb. Bu barədə 6 aprel tarixində komitənin sədri Səfər Mehdiyev öz Twitter səhifəsində məlumat verib.
Bununla da büdcəyə proqnozdan 234,84 milyon manat çox vəsait köçürülüb. Büdcə öhdəliyi 123,58% yerinə yetirilib.
Dövlət #Gömrük Komitəsi 2022-ci il yanvar-mart ayları üçün nəzərdə tutulan #büdcə öhdəliyini 123,58 faiz yerinə yetirib. İlkin məlumata görə 1 milyard 230,84 milyon manat vəsait dövlət büdcəsinə köçürülüb ki, bu da nəzərdə tutulan proqnozdan 234,84 milyon manat artıq deməkdir.
— Safar Mehdiyev (@SafarMehdiyev_) April 6, 2022