Dövlət Gömrük Komitəsi ötən il dövlət büdcəsinə 4,3 milyard manatdan çox vəsait köçürüb. Bu barədə 7 yanvar tarixində Komitənin rəhbəri Səfər Mehdiyev öz Twitter səhifəsində paylaşım edib.
Məlumata əsasən, proqnoza 111,29% əməl edilib.
İlkin məlumata görə, Dövlət #Gömrük Komitəsi 2021-ci ildə 4 milyard 340,37 milyon manat vəsaiti dövlət #büdcə-sinə köçürməklə, proqnoza 111,29 faiz əməl edib. Bu da nəzərdə tutulan proqnozdan 440,37 milyon manat artıq deməkdir.
— Safar Mehdiyev (@SafarMehdiyev_) January 7, 2022