2022-2023-cü tədris ili üçün “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı” ilə bağlı sənəd qəbulunun sentyabrda başlanması nəzərdə tutulub. Bu haqda Report təhsil nazirinin müşaviri Nicat Məmmədliyə istinadən xəbər verib.