Daşkəsəndə narkotik vasitənin təsiri altında avtomobil idarə edən şəxs saxlanılıb. Bu barədə yanvarın 4-də Daxili İşlər Nazirliyindən məlumat verilib.
Belə ki, “VAZ” markalı avtomobilin sürücüsü yol nişanının tələbəni pozduğuna görə saxlanılıb. Həmin nəqliyyat vasitəsini idarə edən şəxsin narkotik qəbul etməsinə dair şübhələr olduğundan o, tibbi müayinədən keçirilib. Müayinənin nəticəsinə əsasən, sürücünün psixotrop maddədən istifadə etdiyi məlum olub.
Şəxs barəsində toplanmış materiallar məhkəməyə göndərilib.