Vətən müharibəsində yaralanaraq əlilliyi müəyyən olunmuş 62 şəxsin müasir protezlə təminatına başlanılıb. Bu barədə dekabrın 30-da Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb.
Nazirlik tərəfindən ümumilikdə 185 nəfər Vətən müharibəsi iştirakçısı 193 ədəd yüksək texnologiyalı müasir 4-cü nəsil protezlə təmin olunub.