Laçın rayonundan olan keçmiş məcburi köçkünlərin növbəti qrupunun öz dədə-baba yurdlarına köçürülməsinə başlanılıb. Bu barədə APA 14 iyun tarixində xəbər verib.
Rayona 22 ailə, ümumilikdə 72 nəfər yola salınıb.
Köç saat 07:00-da Qaradağ rayonundakı “Qobu park 3” yaşayış kompleksindən Laçına yola salınıb.
Laçın şəhərinə ilk olaraq, 20 ailə (97 nəfər) mayın 27-də köçürülüb.
[caption id="attachment_119007" align="alignnone" width="696"]
Foto APA.az saytı[/caption]