Məşhur ABŞ-li aktyor, "Oskar" mükafatı laureatı Leonardo Di Kaprio Kaliforniyanın Los-Anceles dairəsindəki yanğınlardan zərər çəkənlərə yardım üçün bir milyon dollar ianə edib.
İnsanoid.com xəbər verir ki, aktyor bununla bağlı "Instagram" hesabında paylaşım edib.
"Los-Anceles meşə yanğınları şəhərimizi viran qoyur. Bir milyon dollar ianə etməklə mən həm təcili ehtiyacları, həm də yanğından sonrakı bərpa işlərini dəstəkləyirəm", - deyə o, paylaşımda bildirib.
[gallery link="file" columns="1" size="full" ids="214313"]