Polis əməkdaşları həftəsonu vətəndaşlardan 25 silah və 3 qumbara götürüblər.
Bu barədə 15 yanvar tarixində Daxili İşlər Nazirliyi İnsanoid-ə məlumat verib.
Bildirilib ki, 13-14 yanvar tarixlərində polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 4 ədəd avtomat silahı, 3 qumbara, 21 ədəd müxtəlif markalı tüfəng, 3 patron darağı və 242 ədəd müxtəlif çaplı patron təhvil götürüblər.