Polis əməkdaşları ötən gün vətəndaşlardan 9 silah götürüblər.
Bu barədə 24 yanvar tarixində Daxili İşlər Nazirliyi İnsanoid-ə məlumat verib.
Bildirilib ki, yanvarın 23-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 2 ədəd tapança, 7 ədəd müxtəlif markalı tüfəng və 195 ədəd müxtəlif çaplı patron təhvil götürüblər.