Xızı polisi tərəfindən silahlı şəxs və yarım kiloqrama yaxın narkotik aşkar olunub. Bu barədə 27 yanvar tarixində Daxili İşlər Nazirliyi İnsanoid-ə məlumat verib.
Xızı rayon sakini, əvvəllər məhkum olunmuş Mehman Axundov saxlanılıb. Həmin şəxsin üzərindən 1 ədəd “Kalaşnikov” markalı avtomat, 1 ədəd patron darağı və 21 ədəd güllə aşkar edilərək götürülüb.
Digər əməliyyat-axtarış tədbirləri zamanı əvvəllər məhkum edilmiş rayon sakini Mehrab Həmidli saxlanılıb. Həmin şəxsin üzərindən yarım kiloqrama yaxın (470 qram) narkotik vasitə olan marixuana aşkar edilərək götürülüb.