Dövlət Gömrük Komitəsi cari ilin ilk 4 ayı üçün nəzərdə tutulan büdcə öhdəliyini 119,92% yerinə yetirib. Bu barədə 11 may tarixində Komitənin sədri Səfər Mehdiyev öz Twitter səhifəsində məlumat verib.
Məlumata əsasən, hesabat dövründə büdcəyə 1,64 milyard manatdan çox vəsait köçürülüb ki, bu da nəzərdə tutulan proqnozdan 272,64 milyon manat çox olub.
Dövlət #Gömrük Komitəsi 2022-ci il yanvar-aprel ayları üçün nəzərdə tutulan #büdcə öhdəliyini 119,92 faiz yerinə yetirib. Belə ki, 1 milyard 641,44 milyon manat vəsait dövlət büdcəsinə köçürülüb ki, bu da nəzərdə tutulan proqnozdan 272,64 milyon manat artıq deməkdir.
— Safar Mehdiyev (@SafarMehdiyev_) May 11, 2022