Dövlət Sərhəd Xidmətinin gizirinin intihar etməsi ilə bağlı cinayət işi başlanıb. Bu haqda APA-ya Hərbi Prokurorluqdan bildirilib.
Məlumata görə, hərbçi mayın 10-da xidməti mənzildə özünü asaraq həyatına son qoyub.
***
12:01
Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçusu intihar edib. Bu haqda məlumat mayın 11-də qurumun saytında yerləşdirilib.
Gizir Əlizadə Tərlan Rafiq oğlu Ağstafada yaşadığı xidməti mənzildə həyatına son qoyub.
Faktla əlaqədar araşdırma aparılır.