Dekabrın 10-da saat 10:30-da Dövlət Sərhəd Xidmətinin (DSX) “Qazax” əlahiddə sərhəd diviziyasının baş çavuşu vəfat edib. Bu barədə DSX-dan məlumat verilib.
İlkin məlumata görə, 1995-ci il təvəllüdlü Məmmədzadə Pərviz Baba oğlu ürək tutmasından dünyasını dəyişib.
“Hazırda ölüm səbəbinin araşdırlması üzrə müvafiq tədbirlər həyata keçirilir”, - deyə qurumdan bildirilib.