Dövlət Sərhəd Xidmətinin (DSX) hərbçisi özünü güllələyərək öldürüb. Bu barədə 10 iyun tarixində Report hərbi prokurorun böyük köməkçisi - Hərbi Prokurorluğun Mətbuat Xidmətinin rəhbəri, baş ədliyyə müşaviri Firad Əliyevə istinadən məlumat verib.
O bildirib ki, DSX-nin "N" saylı hərbi hissəsinin hərbi qulluqçusu kiçik gizir Əhmədov Rahil Rahib oğlunun odlu silahdan atəş açmaqla özünü öldürməsi barədə Qubadlı Hərbi Prokurorluğuna məlumat daxil olub.
“Özünü öldürmə həddinə çatdırma” maddəsi ilə cinayət işi başlanılaraq şahidlər dindirilmiş, müvafiq ekspertizalar təyin edilmiş və təxirəsalınmaz zəruri istintaq hərəkətləri həyata keçirilmişdir.