Ermənistanın müxtəlif şəhərlərində kütləvi həbs dalğası başlayıb. Bu barədə İnsanoid “Sputnik Armeniya”ya istinadən bu gün, 15 iyun tarixində xəbər verir.
Vəkil Ruben Melikyan bildirib ki, səhər saatlarından təhlükəsizlik qüvvələri Martuni, Qavar, Vanadzor, Ucan və İrəvanda etiraz hərəkatının tərəfdarlarını saxlayırlar.
Ötən gün “Daşnaksütyun”un Vayk və Yeqnadzordakı ofislərində axtarışlar aparılıb və bu partiyanın üzvləri saxlanılıblar. Amma saxlanılanların dəqiq sayı hələ ki dəqiq məlum deyil.