Ötən gün axşam saatlarında Ermənistanda parlament binası qarşısındakı toqquşmalardan sonra 101 nəfər həkimə müraciət edib. Bu barədə İnsanoid Ermənistan mətbuatına istinadən bu gün, 13 iyun tarixində xəbər verir.
Onlardan 85 nəfər xəstəxanadan evə buraxılıb, 16 nəfər isə müşahidə altındadır. Bildirilib ki, əli zədələndiyi üçün əməliyyat olunan xəstənin vəziyyəti qənaətbəxş qiymətləndirilir.