Xocalı rayonunda xeyli miqdarda yabanı halda bitən çətənə bitkisi aşkarlanıb. Bu barədə İnsanoid Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinə istinadən bu gün, 21 iyun tarixində xəbər verir.
Xocalı polisi "Xaşxaş 2024" planına uyğun olaraq keçirdikləri tədbirlərlə rayonun Əsgəran qəsəbəsi ərazisində yabanı halda bitən 1 ton 47 kq 1150 ədəd çətənə bitkisi toplayaraq məhv edib.