Fövqəladə Hallar Nazirliyi (FHN) noyabrın 24-də axşam saatlarından etibarən gözlənilən hava şəraiti ilə bağlı əhaliyə müraciət edib.
Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, bugündən noyabrın 27-dək ölkədə hava yağıntılı keçəcək, xüsusilə noyabrın 25-i güclü külək əsəcək.
Məlumata əsasən, müvəqqəti tikililərdən, bina və reklam lövhələrindən uzaq durmaq və hündür ağacların altında dayanmamaq tövsiyə olunur.
“Külək zamanı yanğınların söndürülməsi çətinləşdikdən yanğın təhlükəsizliyi qaydalarına riayət edilməlidir”, – deyə FHN qeyd edib.
Vətəndaşların təhlükə zamanı Nazirliyin 24 saat aktiv olan “112” qaynar telefon xəttinə zəng etmələri xahiş olunur.