Fövqəladə Hallar Nazirliyi (FHN) bu gün, aprelin 20-i axşamdan başlayaraq hava şəraitinin pisləşməsi ilə əlaqədar vətəndaşlara xəbərdarlıq edib. Bu barədə nazirlikdən məlumat verilib.
FHN intensiv yağış və güclü küləklə əlaqədar əhalini müvafiq təhlükəsizlik qaydalarına riayət etməyə çağırır. Əlverişsiz hava şəraitinin 21-i gündüzədək davam edəcəyi proqnozlaşdırılır.
Təhlükələrdən qorunmaq üçün aşağıdakılar tövsiyə edilir:
- Yüngül konstruksiyalı və müvəqqəti tikililərdən, bina və reklam lövhələrindən uzaq durmaq;
- Elektrik dirəyi və naqillərinin, hündür ağacların altında dayanmamaq;
- Daşqın və sel təhlükəsi olan ərazilərdən uzaq durmaq;
- Elektrik cihazlarını şəbəkədən ayırmaq, telefonla (sabit şəbəkə, mobil, taksofon və s.) danışmamaq, açıq havada olarkən elektrik xətti, ildırım ötürücüsü, navalça və antenaya yaxınlaşmamaq.