Ötən gün 10 yanğına çıxış və 4 köməksiz vəziyyətdə qalma faktı üzrə xilasetmə əməliyyatları həyata keçirilib. Bu barədə mayın 11-də Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.
Görülmüş tədbirlər nəticəsində yanğınların söndürülməsi təmin edilib.
FHN-in qüvvələri tərəfindən ötən sutka ərzində 6-sı azyaşlı olmaqla 7 nəfər xilas olunub. Həmçinin, paytaxtın Yasamal rayonunda 69 yaşlı qadının meyiti bağlı qapı arxasında aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.