Ötən sutka ərzində 84 yanğına çıxış olub.
Bu barədə 23 iyul tarixində APA məlumat verib.
Ümumilikdə Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən ötən sutka ərzində 2-si azyaşlı olmaqla 8 nəfər xilas edilib, yanğınlar zamanı 10-u azyaşlı olmaqla 25 nəfər təxliyə olunub, 2 nəfər yanıq xəsarəti alıb. Bağlı qapı arxasında 1 nəfərin meyiti aşkar olunaraq aidiyyəti üzrə təhvil verilib.