Ötən sutka ərzində 1-i azyaşlı olmaqla 5 nəfər xilas edilib. Bu barədə 28 mart tarixində Fövqəladə Hallar Nazirliyi məlumat verib.
Dənizkənarı Milli Parkın ərazisində dənizdə aşkar edilən 2003-cü il təvəllüdlü İlkin Qənbərlinin meyiti dalğıc-axtarış qrupu tərəfindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Məlumatda qeyd olunub ki, “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında 44 yanğına çıxış və 5 köməksiz vəziyyətdə qalma faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib.