Ötən sutka ərzində 11 nəfər, o cümlədən batma təhlükəsi ilə üzləşən 3 nəfər xilas edilib. Bu barədə sentyabrın 20-də Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
Məlumata əsasən, ötən gün 49 yanğına və 7 halda köməksiz vəziyyətdə qalma faktı üzrə çıxış həyata keçirilib.