Ötən sutka ərzində 2-si azyaşlı olmaqla 5 nəfər xilas edilib. Bu barədə 15 mart tarixində Fövqəladə Hallar Nazirliyi məlumat verib.
Məlumata əsasən, 14 mart tarixində “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında 8 yanğına çıxış və 3 halda köməksiz vəziyyətdə qalma faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib.
Qeyd olunub ki, Nazirlik əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir.