Ötən sutka ərzində 30 yanğına çıxış olub. Ümumilikdə 7 nəfər xilas edilib. Bu barədə FHN 25 noyabr tarixində məlumat verib.
Həmçinin Kürdəmirdə “Kamaz” və “Mercedes-Benz Atego” markalı iki yük avtomobilinin toqquşması nəticəsində sıxılı vəziyyətdə qalmış 33 yaşlı sakin xilas edilib.
Bununla yanaşı, yanğın zamanı 41 yaşlı vətəndaşın meyiti aşkarlanaraq aidiyyəti üzrə təhvil verilib.
Nazirliyin “112” qaynar telefon xətti 24 saat aktivdir.