Fransanın Arras şəhərində silahlı şəxs liseyə hücum edib. Hücum nəticəsində bir müəllim həlak olub, iki nəfər yaralanıb. Bu barədə bu gün, 13 oktyabrda İnsanoid BFMTV-yə istinadən məlumat verir.
Bildirilir ki, hücum edən şəxs “Allahu Əkbər” şüarını qışqırıb. Şübhəli bilinən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb. Faktla bağlı araşdırma aparılır. Milli Təhsil Naziri Qabriel Attal hadisə yerinə gəlib.
Hücum edən şəxsin 20 yaşında olduğu və Çeçenistandan gəldiyi bildirilir.
Bundan əvvəl Fələstinin İslam ekstremist qruplaşması HƏMAS cümə günü müsəlmanları fələstinlilərə dəstək göstərmək üçün qlobal miqyasda nümayiş keçirməyə çağırıb və bu günü “Qəzəb günü” adlandırıb.
[video width="1920" height="1080" mp4="https://insanoid.com/storage/thumbs/large/2023/10/ssstwitter1.mp4"][/video]