Samux rayonunun Sarıqamış kəndində “Aqrovoltaika” layihəsi çərçivəsində günəş panelləri olan ərazidə müxtəlif kənd təsərrüfatı bitkilərinin səpini həyata keçirilib. Bu barədə 9 mart tarixində Kənd Təsərrüfatı Nazirliyinin saytında məlumat verilib.
Bu texnologiya kənd təsərrüfatına yararlı torpaqları məhdud olan ölkələr üçün böyük əhəmiyyət kəsb edir.
Belə ki, 3 hektarlıq ərazinin panellər altında istifadəsiz qalmış əkinə yararlı 1,2 hektarında noxud, soğan, mətbəx çuğunduru, yerkökü kimi tərəvəzlərin səpini həyata keçirilib.
Bu layihənin işğaldan azad edilmiş ərazilərdə tətbiqi nəzərdə tutulub.