Dövlət Əmək Müfəttişliyi Xidməti gecikdirilmiş 1 milyon manatdan çox vəsaitin işəgötürənlər tərəfindən işçilərə ödənilməsini təmin edib. Bu barədə məlumat 14 dekabr tarixində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin saytında verilib.
Müfəttişliyin araşdırması zamanı müəyyən edilib ki, 2021-ci ilin 11 ayında işəgötürənlər tərəfindən 1 milyon 24 min manat sosial xarakterli ödənişlərin işçilərə ödənilməsi gecikdirilib. Ödənilən vəsaitin 1 milyon 6 min manatı əmək haqlarından, qalan hissəsi zərərə görə ödənclərdən, işəgötürənlər tərəfindən ödənilməli olan müavinət və kompensasiyalardan ibarət olub.
Qeyd olunan hallarla bağlı işəgötürənlər qanunvericiliyin tələbləri barədə məlumatlandırılıblar.