Ölkəmizdə minimum əməkhaqqının 300 manata çatdırılması ilə əlaqədar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti iş yerlərində minimum əməkhaqqının həmin məbləğdən az olmaması üçün ciddi nəzarət tədbirləri görür. Bu barədə məlumat 7 yanvar tarixində Nazirliyin rəsmi səhifəsində yayılıb.
300 manatdan aşağı əməkhaqqı qeyd edilmiş əmək müqavilələrində artıq yeni ilin ilk günündən müvafiq düzəlişlər edilməsi üçün aidiyyəti işəgötürənlərə xəbərdarlıq mesajı da çatdırılıb.