Göyçay Rayon İcra Hakimiyyəti başçısının köməkçisi Vahid İsayev saxlanılıb. Bu barədə martın 15-də APA xəbər paylaşıb.
O, Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən tutulub.
Vahid İsayev 15 il ərzində 5 icra başçısının köməkçisi olub.
Göyçay Rayon İcra Hakimiyyətində bir neçə gündür ki, qanun pozuntuları ilə bağlı yoxlama keçirilir.
Daha öncə, fevralın 28-də icra başçısı Mehdi Səlimzadə vəzifəsindən azad edilib.