Göyçayda evdə yanğın olub. Bu haqda aprelin 11-də FHN məlumat yayıb.
Ümumi sahəsi 360 m² (hər mərtəbəsi 180 m²) olan ikimərtəbəli evin yanar konstruksiyaları və ona bitişik ümumi sahəsi 130 m² olan kürsülü, birmərtəbəli, 4 otaqlı evin 1 otağının tavanı 20 m² sahədə yanıb.
Yanğın FHN əməkdaşları tərəfindən söndürülüb.