Göyçayda istixana təsərrüfatlarında yetişdirilən məhsulların 50%-i ixrac olunur. Bu barədə Rayonun Dövlət Aqrar İnkişaf Mərkəzinə istinadən 22 dekabr tarixində Azərtac məlumat verib.
Məhsullar əsasən Rusiya və Ukraynaya ixrac olunur. Cari mövsümdə istixanalarda əsasən pomidor və xiyar yetişdirilib. Beləki, cari ildə 255,4 hektar sahədən 26 min 341 ton pomidor, 22,1 hektardan isə 2 055 ton xiyar yığılıb.