Göyçayda 69 yaşlı qadın itkin düşüb. Bu barədə 19 yanvar tarixində Daxili İşlər Nazirliyi İnsanoid-ə verib.
Göyçay rayonunun 1955-ci il təvəllüdlü Çərəkə kənd sakini Bəkirova Zümrüd Seyidəbi qızı yanvarın 13-ü səhər saat 08 radələrində yaşadığı evdən çıxıb naməlum istiqamətə gedərək qayıtmayıb.
“Qadın barəsində hər hansı bir məlumatı olan şəxslərin DİN-in “102” Xidməti - Zəng Mərkəzinə, eləcə də Göyçay Rayon Polis Şöbəsinin (020)274–04-91 şəhər və (050) 774-04-91 mobil nömrələrinə zəng edərək məlumat vermələri xahiş olunur”, - deyə məlumatda bildirilib.