Göyçay şəhərində ümumi sahəsi 290 kv.m olan birmərtəbəli kafenin yanar konstruksiyaları yanıb. Bu barədə İnsanoid Fövqəladə Hallar Nazirliyinə istinadən bu gün, 6 iyun tarixində xəbər verir.
Xəbərə görə, yanğın zamanı yüksək temperaturdan bitişik ümumi sahəsi 1291 kv.m olan üçmərtəbəli hotel binasının xarici divarına quraşdırılan 4 ədəd kondisionerin mühərriki və 1 ədəd plastik pəncərə çərçivəsi əriyib. Hotel binası yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.