Göygöldə süni göldə bir nəfər batıb. Bu barədə İnsanoid Fövqəladə Hallar Nazirliyinin Mətbuat Xidmətinə istinadən bu gün, 24 iyun tarixində xəbər verir.
Hadisə iyunun 22-də rayonun Topalhəsənli kəndində qeydə alınıb. Kənd yaxınlığında yerləşən süni göldə 1 nəfərin batdığı bildirilir.
Hadisə yerində Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin "Şəmkir" dalğıc-axtarış qrupunun dalğıc-xilasediciləri axtarışlara cəlb olunublar. Axtarışlar davam edir.
Əlavə məlumat veriləcək.