2022-ci ilin yanvar ayında Göygöl rayon sakininə məxsus evdən oğurluq edən şəxslər saxlanılıblar. Bu barədə 9 may tarixində Report məlumat verib.
Məlumata əsasən, rayon sakinləri qabaqcadan əlbir olmaqla fərdi yaşayış evinə gizli yolla daxil olaraq oradan ümumi dəyəri 6 000 manat olan müxtəlif növ qızıl-zinət əşyası və mobil telefonu oğurlayıblar.
Faktla bağlı araşdırmalar davam etdirilir.