Dünən, mayın 8-də Rumıniyanın paytaxtı Buxarest şəhərində şahmat üzrə Grand Chess Tour turnirinin ilk mərhələsinin (Superbet Chess Classic Romania) 4-cü turunun oyunları keçirilib.
Şəhriyar Məmmədyarov rumıniyalı şahmatçı Boqdan-Daniel Dyakla heç-heçə oynayıb. Bu gün şahmatçımız ABŞ idmançısı Fabiano Karuana ilə qarşılaşacaq. Qeyd edək ki, 4 turdan sonra Şəhriyar 1,5 xalla 6-10-cu yerləri bölüşdürür.
Superbet Chess Classic Romania turniri mayın 14-dək davam edəcək. Turnirin ümumi mükafat fondu 350 min dollar təşkil edir. Qeyd edək ki, turnirin ötənilki qalibi Şəhriyar Məmmədyarov olub.