Hacıqabulun Udlulu kəndində yol qəzası baş verib. Bu barədə martın 9-da APA məlumat yayıb.
Hibrid tipli minik avtomobilinin aşması nəticəsində Paşalı kənd sakinləri - 82 yaşlı qadın, 84 və 42 yaşlı kişilər müxtəlif dərəcəli xəsarət alıb. Yaralananlar xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.