Hacıqabul Sənaye Məhəlləsinin rezidenti “Azərmaş Park” MMC “Chevrolet” minik avtomobillərinin və “İsuzu” brendinin avtobuslarının istehsalı üzrə yeni xətt istifadəyə verib. Bu barədə 17 sentyabr tarixində Report xəbər verib.
Bu xətt “Azərmaş Park” MMC-nin və Özbəkistanın “UzAvtoSanoat” Səhmdar Cəmiyyəti ilə birgə layihəsidir. “Chevrolet” markalı minik avtomobilləri ABŞ-ın “General Motors” şirkətinin razılığı əsasında istehsal ediləcək.
İstehsal xəttində il ərzində 6 modeldə 5 min ədəd “Chevrolet” minik avtomobillərin, 1000 ədəd “İsuzu” markalı avtobus və pikapların buraxılması nəzərdə tutulur. Avtobuslar 2, pikaplar isə 6 komplektasiyada olacaq.
Hacıqabul Sənaye Məhəlləsi 2017-ci ildə fəaliyyətə başlayıb.