Hacıqabulda iki narkotacir saxlanılıb. Bu barədə yanvarın 7-də Daxili İşlər Nazirliyi məlumat yayıb.
Narkotik vasitələrin satışı ilə məşğul olan şəxsdən 2 kiloqramdan artıq narkotik götürülüb.
Faktla bağlı cinayət işi açılıb, araşdırmalar davam etdirilir.
2021-ci il ərzində 3 tona yaxın narkotik vasitə, 231 kiloqramdan artıq psixotrop maddə, 52 tondan artıq kultivasiya yolu ilə yetişdirilən narkotik tərkibli bitkilər dövriyyədən çıxarılıb.