Hacıqabul rayonunda 8 kəndi birləşdirən yol yenidən qurulub. Bu haqda bu gün, 10 oktyabr tarixində İnsanoid Avtomobil Yolları Dövlət Agentliyinə istinadən xəbər verir.
Uzunluğu 39 km olan Muğan–Birinci Paşalı–İkinci Paşalı–Şorbaçı–Birinci Udullu–Tağılı–İkinci Udullu–Qubalı avtomobil yolu əsaslı təmir olunub. Aparılan yenidənqurma işləri çərçivəsində yolun qabarmış və çökmüş hissələrinin qazılaraq torpaq yatağı kipləşdirilib. Marşrut boyu yararsız hala düşmüş suötürücü borular yeniləri ilə əvəz edilib.
Bundan əlavə, Pirsaat çayı üzərində yerləşən, artıq istismar müddətini başa vurmuş mövcud metal körpünün əvəzində 3 aşırımlı yeni dəmir-beton körpü inşa olunub. Avtomobil yolu 2 hərəkət zolağından ibarətdir. Yolun eni 10 metrə qədər genişləndirilib.
Avtomobil yolu 12.000 nəfər əhalinin yaşadığı 8 yaşayış məntəqəsini birləşdirir.