1990-cı il təvəllüdlü Hacıqabul rayon sakini Soltanova Aygül Əzizağa qızı itkin düşüb. Bu barədə 1 fevral tarixində Daxili İşlər Nazirliyi İnsanoid-ə məlumat verib.
Aygül Soltanova yanvarın 13-də yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb.
A.Soltanovanın əlamətləri: boyu 155 sm., kök bədən quruluşlu, gözlərinin rəngi qəhvəyidir. Evdən çıxan zaman əynində qara rəngli plaş, qara şalvar və idman ayaqqabısı olub.
Şəkildə gördüyünüz qadını tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in “102” xidmətinə, həmçinin Hacıqabul Rayon Polis Şöbəsinə məlumat vermələri xahiş olunur".