Xalq artisti Ağadadaş Ağayevin atdığı balta ilə yaralanan təmizlikçi qadın Nəzakət Paşayeva açıqlama verib. Bu barədə 26 iyul tarixində “Qafqazinfo” xəbər verib.
Həmin qadın Xalq artistindən şikayətçi olmayacağını bildirib: “Bağışlayıram onu, amma onlar bizə nümunə olmalıdırlar”.
Qeyd edək ki, Xalq artisti Ağadadaş Ağayev və mühafizəçinin cinayət işi üzrə polis idarəsində istintaq davam edir.