Həftəsonu 113 cinayətin üstü “isti izlər”lə açılıb. Bu haqda mayın 9-da DİN məlumat yayıb.
Axtarışda olduğuna görə 38 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 23 nəfər saxlanılıb.
3 yol-nəqliyyat hadisəsi nəticəsində 3 nəfər ölüb, 1 nəfər isə xəsarət alıb.
Narkotiklərlə əlaqəli 59, qanunsuz saxlanılan silah-sursatın götürülməsi ilə bağlı 3 fakt müəyyən edilib.
Cinayət törətməkdə şübhəli bilinən 98 nəfər saxlanılıb.