Ölkə ərazisində əhalinin kütləvi toplaşdığı xidmət və ticarət obyektlərində yoxlamalar həyata keçiriləcək. Bu haqda aprelin 11-də Sərəncam imzalanıb.
Yoxlamaların məqsədi qəza risklərinin müəyyən edilməsi və baş verə biləcək fövqəladə halların aradan qaldırılmasıdır.
Monitorinqlər yataqxana, mehmanxana, sanatoriya, istirahət evləri, kempinqlər, motellər, xəstəxanalar, təhsil müəssisələri, teatrlar, kinoteatrlar, konsert zalları, muzeylər, ticarət mərkəzləri, kafelər və restoranlarda təşkil olunacaq.