Dünən, martın 30-da şahmat üzrə FİDE Qran-prisinin 3-cü mərhələsinin ilk yarımfinal oyunları keçirilib.
Şəhriyar Məmmədyarov qara fiqurlarla Hikaru Nakamuraya qarşı heç-heçə oynayıb. Növbəti oyun bu gün keçiriləcək. Bugünkü oyun da sülhlə bitərsə, aralarında tay-breyk oynanılacaq.
Qeyd edək ki, turnirə aprelin 4-də yekun vurulacaq.