DİM əsgərlikdən gəldikdən sonra qəbul imtahanından yüksək bal yığan abituriyentlə bağlı açıqlama verib. Bu barədə İnsanoid Oxu.az-a istinadən bu gün, 18 iyun tarixində xəbər verir.
699,5 balla ölkə birincisi olduğu deyilən adam, ümumiyyətlə, imtahana gəlməyib.
Hərbi xidmətini başa vurduqdan sonra imtahan verən şəxsin 699,5 bal toplaması ilə bağlı müxtəlif media orqanlarında və sosial şəbəkələrdə tirajlanan məlumat saxtadır.
Dövlət İmtahan Mərkəzindən (DİM) bildirilib ki, adıçəkilən şəxs - Rasəf Həsənli, ümumiyyətlə, imtahanda iştirak etməyib.
Rasəf Həsənli özü də barəsində yayılan xəbərdən sosial media vasitəsilə xəbər tutub və həmin məlumatlar həqiqəti əks etdirmir.