İran və Ermənistanın 500 milyon dollar dəyərində silah müqaviləsi imzalaması barədə xəbərlər yayılıb. Bu barədə İnsanoid "İran İnternational"a istinadən bu gün, 25 iyul tarixində xəbər verir.
Razılaşmaya "Şahed-136", "Şahed-129", "Şahed-197", "Mohajer-6" tipli pilotsuz təyyarələr, həmçinin "Xordad-3", "Məcid", "Xordad-15" və “Şəhid Arman” kimi zenit-raket komplekslərinin daxil olması bildirilib.
Lakin Ermənistan Müdafiə Nazirliyi İrəvanla Tehran arasında gizli silah tədarükü müqaviləsinin imzalanması ilə bağlı xəbəri təkzib edib. Departament bu məlumatı “uydurma” adlandırıb.